«ExpressPay Wallet» Ödəmə xidmətinin istifadəsi haqqında Müqavilə (Razılıq)

Bu Müqavilədə «ExpressPay Wallet» (bundan sonra mətn üzrə - “Müqavilə”) Ödəmə xidməti vasitəsilə hesablaşmaların həyata keçirilməsi üzrə xidmət şərtləri öz əksini tapmışdır. Müqavilədə göstərilmiş hərəkətlərin (əməliyyatların) yerinə yetirilməsi, bu müqavilədə izah edilmiş qayda və həcmdəki şərtlərlə xidmətin göstərilməsi barədə Müqavilə bağlanmasına razılığınızın təsdiqidir. Müqavilənin aşağıda ifadə edilmiş mətni «Expressbank» ASC-nin fiziki şəxslərə ünvanlanmış xidmətlərin göstərilməsi haqqında Müqavilə bağlamaq barədə rəsmi, açıq təklifidir. Xidmətlərin göstərilməsi barədə Müqavilə, bu Müqavilədə nəzərdə tutulmuş bütün şərtlərin fiziki şəxs tərəfindən qeyd-şərtssiz qəbul edilməsini ifadə edən əməliyyatların yerinə yetirildiyi andan etibarən bağlanmış hesab edilir və qüvvəyə minir.

Əməliyyatlarının aparılması/istifadə edilməsi məqsədi ilə “ASAN” Finans və Azərbaycan Kredit Bürosu MMC-də (Kredit reyestrini aparan digər təşkilatlarda) olan bütün məlumatların Expressbank ASC tərəfindən əldə edilməsinə və ya həmin təşkilatlara ötürülməsinə və bütün məlumatların toplanılmasına və işlənilməsinə icazə verirəm.

Müqavilənin aktual versiyası www.expresspay.az elektron ünvanı üzrə WEB- saytda yerləşdirilmişdir.

 

1. Terminlər və anlayışlar

 

Abunəçi nömrəsi – İstifadəçiyə, birmənalı olaraq mobil rabitə operatoru ilə çevik rabitə xidmətlərinin göstərilməsi barədə Müqavilənin bağlandığı eyni şəxsə, onun mobil rabitə operatoru şəbəkəsinə qoşulduğu andan etibarən, mobil rabitə operatoru tərəfindən təyin edilmiş telefon nömrəsidir. İstifadəçinin mobil rabitə operatoru ilə bağladığı çevik rabitə xidmətlərinin göstərilməsi barədə Müqavilə, İstifadəçinin Abonent nömrəsindən istifadə etməklə səsli zənglərin qəbulu və emalı, habelə SMS və USSD mesajların qəbulu və göndərilməsinin mümkünlüyünü nəzərdə tutmalıdır.

Özünəxidmət avtomatı – özünəxidmət rejimində fiziki şəxslərdən Ödənişlərin qəbulunu təmin edən terminal növüdür.

Avtorizasiya – İstifadəçi tərəfindən daxil edilmiş uyğunlaşdırılmış məlumatların tədqiqi və müqayisəsi prosesi. Bu proses nəticəsində İstifadəçinin Servis xidmətlərinə giriş hüququnun olub-olmadığı müəyyən edilir. Avtorizasiya Servis operatorunun proqram-aparat vasitələrinin istifadə olunması ilə Servis Operatoru vasitəsilə həyata keçirilir.

Ödəniş alanın Hesabı – Servisdən istifadə edilməsi ilə Ödənişi həyata keçirən zaman İstifadəçinin göstərdiyi (müqavilə nömrəsi, hesab nömrəsi, hesab nömrəsi və s.), Ödəniş Alıcısının unikal identifikatorudur.

İdentifikasiya (eyniləşdirmə) məlumatları – İstifadəçinin adı (login), şifrəsi (password) və/və ya İstifadəçinin PIN-kodu, Servis operatoru tərəfindən göndərilən, İnternet şəbəkəsi və/və ya Terminal və/və ya mobil tətbiqetmələr vasitəsilə Servisə giriş üçün istifadə edilən istənilən kodlar.

Pul kisəsi balansı – Servis Operatoruna təqdim edilmə məqsədilə «ExpressPay Wallet» hesablaşmaları istifadə edilməklə İstifadəçinin xeyrinə pul vəsaitlərinin həcmidir. Pul kisəsi balansı balansın artırılması üçün əvvəlcədən yatırılmış pul vəsaitlərinin hesabına formalaşır.

İstifadəçinin hesab balansı – Servis operatorunun İstifadəçi qarşısında öhdəliklər məbləğidir (avans qalığı).

Giriş izninin bloklaşdırılması, Hesaba girişin bloklaşdırılması, Servisdən İstifadəyə girişin bloklaşdırılması - İstifadəçinin Servisin istifadəsi üzrə xidmətlərdən yararlana bilməməsi ilə müşahidə olunan texniki Servis sazlanmasıdır. Bloklaşdırma Servis Operatoru tərəfindən, habelə bu Müqavilədə göstərilmiş hallarda və şərtlərlə İstifadəçinin tələbi ilə həyata keçirilir.

İnformasiya paketi – Servis Operatoru tərəfindən göstərilən, İstifadəçinin öhdəliyinə göndərilən informasiya-məlumat materialları, o cümlədən İstifadəçinin ödəniş həyata keçirməsi üçün mövcud pul vəsaitlərinin həcmi barədə və onun tərəfindən çıxarılmış və alınmış hesablar barədə məlumatlar xidmətidir.

Servisdən istifadə – İstifadəçi tərəfindən, onun hesabının idarə edilməsinə istiqamətlənmiş istənilən hərəkətin yerinə yetirilməsi, ödənişlərin yerinə yetirilməsi məqsədilə Servisdən istifadə, yerinə yetirilmiş Ödənişlər barədə konsolidə edilmiş informasiyanın alınması, habelə xidmət göstərmə çərçivəsində Servis Operatoru tərəfindən təqdim edilən digər xidmətlərin istifadəsi. Ödənişlərin yerinə yetirilməsi məqsədilə İstifadəçi tərəfindən servisdən istifadə yalnız planlaşdırılan ödəniş məbləğindən az olmayan məbləğdə pul kisəsi balansının əvvəlcədən artırılması zamanı yol verilir.

Sıfır balans – Servis Operatoruna təqdim edilməsi məqsədi ilə İstifadəçi hesabında olan pul kütləsinin ödənişə təqdim edilə biləcək həcmi 0.00 manata bərabər olan vəziyyətdir.

Servis operatoru – «Expressbank» ASC, Azərbaycan Respublikası Mərkəzi Bankının 12.12.1992 tarixli - 119 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

Mənfi (neqativ) balans – Servis Operatoruna təqdim edilməsi məqsədi ilə İstifadəçi hesabında olan pul kütləsinin ödənişə təqdim edilə biləcək həcmi mənfi dəyərdə olduğu bir vəziyyətdir. Mənfi balans İstifadəçi tərəfindən, ödəniş edilən zaman məbləğin, İstifadəçinin pul kisəsi balansında olan elektron pul vəsaitləri qalığını aşdığı təqdirdə, ödənişin yerinə yetirilməsi zamanı meydana gələ bilər.

Ödəmə – İstifadəçi tərəfindən Servis operatorunun ünvanına, İstifadəçinin Ödənişi alan qarşısındakı maliyyə öhdəliklərini ödəməsi məqsədilə pul kisəsindən istifadə etməklə pul vəsaitlərinin köçürülməsi haqqında məlumatın ötürülməsi üzrə əməliyyatdır.

İstifadəçi – 18 (on səkkiz) yaşına çatmış, bu Müqavilənin şərtlərinin qəbul edilməsi yolu ilə xidmət göstərilməsi barədə Müqavilənin bağlanmasına istiqamətlənmiş konklyudent hərəkətləri həyata keçirən və ödənişlərin yerinə yetirilməsi məqsədilə İstifadəçinin hesabının idarə edilməsi məqsədilə istifadəsində Servisə giriş üçün identifikasiya məlumatlarına malik olan fiziki şəxsdir.

Fərdi sahibkar bu şərtlə Servis istifadəçisi ola bilər ki, istifadənin hesab qeydiyyatı və servisin sonrakı istifadəsindən fərdi sahibkar yalnız şəxsi məqsədləri həyata keçirsin, sahibkar fəaliyyəti, vergilərin yığılması, rüsumlar və digər ödənişlərlə ilə əlaqədar olmasın .

Ödənişi alan – bu, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq tam hüquqa malik olan, şəxsi, ailə və ev istifadəsi üçün əsas istehlakçılara bilavasitə məhsulların satışı üzrə fəaliyyəti həyata keçirən hüquqi şəxs və ya fərdi sahibkar.

Pul kisəsinin artırılması – İstifadəçi tərəfindən həmin Müqavilədə nəzərdə tutulmuş üsulla Pul kisəsinə Balansının artırılması məqsədilə pul vəsaitinin daxil edilməsidir.

İstifadəçinin statusu – Servisdən istifadə etməklə İstifadəçinin ödəmələri yerinə yetirmə faktından asılı olaraq avtomatik şəkildə Servis operatoru tərəfindən İstifadəçinin vəziyyətinin müəyyən edilmiş parametridir.

Tərəflər – Servis operatoru və İstifadəçi.

Məhsul – Şəxsi, ailə və ya ev istifadəsi üçün son istehlakçılar (istifadəçilər) üçün alıcı tərəfindən həyata keçirilən intellektual mal, işlər və xidmətlər, eləcə də mülkiyyət hüquqları. Ödənişlərin qəbulu nöqtəsi – Agentin səlahiyyətli təmsilçisinin iştirakı ilə İstifadəçidən, pul kisəsi Balansının artırılmasının həyata keçirilməsi üzrə xüsusi bölməsidir.

İstifadəçi hesabı – Servis operatorunun analitik hesabatında İstifadəçidən ( onun digər səlahiyyətli şəxsindən) daxil olan və Ödənişlərin yerinə yetirilməsi üçün İstifadəçi tərəfindən xərclənən pul vəsaitləri hesabını özündə birləşdirir. Servis operatorunun hesabında İstifadəçinin hesab identifikatoru kimi İstifadəçinin Abonent nömrəsi qəbul edilir.

Servisin WEB-saytı – İnternet şəbəkəsində www.expresspay.az. Elektron ünvanı üzrə yerləşdirilmiş WEB-sayt.
Bu müqavilə mətninin hər hansı bir termininin birmənalı izahı olmadığı təqdirdə, İstifadəçinin ilk növbədə Servisin WEB-saytında göstərilmiş izahata əsaslanması vacibdir.

 

2. Müqavilənin predmeti

 

2.1. İstifadəçi tərəfindən bu Müqavilədə nəzərdə tutulmuş konklyudent hərəkətlərin həyata keçirilməsi vasitəsilə, İstifadəçi tərəfindən Ödəniş alanın xeyrinə ödənişin həyata keçirilməsi məqsədilə Servis operatorunun servisin istifadəsi üzrə xidmətləri göstərməsidir. 2.2. Bu Razılaşma şərtlərinə əsasən bağlanmış Müqavilə üzrə Servis operatorunun lazımı xidmətləri göstərməsi məqsədilə, İstifadəçi, bu müqavilənin III bölməsində nəzərdə tutulmuş qaydada hesabının Servisdə qeydiyyatını həyata keçirməli və öz mülahizəsinə uyğun məbləğdə hesab balansının artırılmasını yerinə yetirməlidir.

 

3. İstifadəçinin servisdə qeydiyyatı

 

3.1. Servisdən istifadə hüququ almaq üçün İstifadəçi Servisdə İstifadəçi hesabının qeydiyyatını həyata keçirilməsini öhdəliyinə götürür. İstifadəçi hesabının Servisdə qeydiyyatı internet şəbəkəsi vasitəsilə servisin WEB-saytında və ya iOS və Android bazasında qurğular üçün mobil aplikasiya vasitəsilə həyata keçirilə bilər.

3.2. İstifadəçi hesabının Servisdə qeydiyyatı üçün İstifadəçi, onun adına rəsmiləşdirilmiş mobil rabitə operatoru ilə, mobil rabitə xidmətlərinin göstərilməsi haqqında Müqaviləyə malik olmalıdır. Çevik rabitə xidmətlərinin göstərilməsi haqqında belə Müqavilənin şərtləri İstifadəçinin abonent nömrəsindən istifadə etməklə səsli zənglərin qəbulu vəemalı, habelə SMS və USSD ismarıcların qəbulu və göndərilməsinin istifadəsini nəzərdə tutmalıdır.

3.3. Servisdə İstifadəçinin hesabının qeydiyyatı aşağıdakı ardıcıllıqda həyata keçirilir:

3.3.1. Servisin WEB-saytı vasitəsilə qeydiyyat:

a. internet brauzerin ünvan sətrinə Servisin WEB-saytının www.expresspay.az elektron ünvanını daxil etmək ;

b. qeydiyyat formasına Abonent nömrəsini +994XXXXXXXXX formatında daxil etmək;

İstifadəçi tərəfindən qeydiyyat zamanı göstərilən mobil nömrə Servisdən istifadə zamanı İstifadəçi adı (login) qismində istifadə ediləcəkdir.

c. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, İstifadəçi, Servis operatoru tərəfindən müvafiq hərəkətlərin yerinə yetirilməsi üçün vəkil edilmiş Agentin ofisinə (ödəniş qəbulu nöqtəsinə) şəxsən gəlmə yolu ilə aşağıdakı sənədləri təqdim edir (bu prosedur « Expressbank» ASC-də artıq hesaba/hesablara malik olan müştərilərə şamil edilmir):
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- Servis Operatorunun tələbinə uyğun olaraq digər məlumat və sənədlər.

d. identifikasiya məlumatlarını əks etdirən SMS – ismarıc aldıqdan sonra bu məlumatları qeydiyyat formasına daxil etmək.

3.3.2. «ExpressPay» mobil aplikasiyası vasitəsilə qeydiyyat :

a. «ExpressPay» mobil aplikasiyasını yükləmək;

b. qeydiyyat formasına Abonent nömrəsini +994XXXXXXXXX formatında daxil etmək;

İstifadəçi tərəfindən qeydiyyat zamanı göstərilən nömrə Servisdən istifadə zamanı İstifadəçi adı (login) qismində istifadə ediləcəkdir.

c. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, İstifadəçi, Servis operatoru tərəfindən müvafiq hərəkətlərin yerinə yetirilməsi üçün vəkil edilmiş Agentin ofisinə (ödəniş qəbulu nöqtəsinə) şəxsən gəlmə yolu ilə aşağıdakı sənədləri təqdim edir (bu prosedur « ExpressbankASC»-də artıq hesaba/hesablara malik olan müştərilərə şamil edilmir):

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- Servis Operatorunun tələbinə uyğun olaraq digər məlumat və sənədlər.

d. identifikasiya məlumatlarını əks etdirən SMS – ismarıc aldıqdan sonra bu məlumatları qeydiyyat formasına daxil etmək.

3.3.3. Qeydiyyat, Servis operatoru tərəfindən SMS-ismarıc vasitəsilə (bu Müqavilənin 3.3.1. yarımbəndinə və ya 3.3.2. yarımbəndinə uyğun olaraq) alınmış identifikasiya məlumatlarının İstifadəçi tərəfindən düzgün daxil edilməsindən sonra sona çatmış hesab ediləcəkdir.

3.3.4. Bu müqavilənin 3.3.1. bəndində və/və ya 3.3.2. bəndində nəzərdə tutulmuş əməliyyatların həyata keçirilməsinin nəticəsi olaraq Servisdə İstifadəçiyə hesab verilir. İstifadəçi ona hesabın verilməsi anından etibarən İnformasiya paketi həcmində xidmətlərin alınması hüququna malik olur.

3.4. Servisdən istifadə imkanının alınması üçün (İnformasiya paketinə daxil olan xidmətlər istisna olmaqla) İstifadəçi öz istəyinə uyğun olaraq pul kisəsi balansının artırılmasını aşağıdakı üsulla təmin etməlidir.

a. «ExpressPay» Terminalı vasitəsilə müvafiq məbləğdə pul vəsaitinin daxil edilməsi;

b. «ExpressPay Wallet» Ödəniş servisinin digər hesabına bağlanmış pul kisəsi Balansından köçürmə;

3.5. İstifadəçi hesabının Servisdə qeydiyyatı və İstifadəçinin pul kisəsi balansının artırılması üzrə yuxarıda sadalanan bütün hərəkətlərin İstifadəçi tərəfindən yerinə yetirilməsi anından etibarən İstifadəçi bu Müqavilədə, Servis Operatorunun digər daxili sənədlərində və servisin WEB-saytında öz əksini tapan qaydada və şərtlərlə istifadəni həyata keçirmək hüququna malikdir.

 

4. Servisdən istifadə qaydası, şərtləri və qiyməti

 

4.1. Ödəmələrin yerinə yetirilməsi üçün İstifadəçi tərəfindən Servis operatoruna, ödənişi konkret alanın xeyrinə ödənişin yerinə yetirilməsi barədə sərəncam tərtib edilir, təsdiqlənir və verilir.

4.2. Sərəncam tərtib edilməsi üçün İstifadəçi Ödəniş rekvizitlərini (habelə, (I) Ödənişi Alan haqqında; (II) Ödəniş rekvizitləri (abonent telefon nömrəsi, İstifadəçi və ödəniş alan arasında bağlanmış Müqavilənin nömrəsi və tarixi, ödəniş yerinə yetirilməsi zamanı hansı informasiyanın olmasından asılı olaraq digər rekvizitlər); (III) ödəniş məbləği; və s. barədə məlumat) aşağıdakı üsullardan biri ilə verir:

a. servisin WEB- saytında olan müvafiq formanın doldurulması yolu ilə;

b.«ExpressPay Wallet» mobil aplikasiyasından istifadə etməklə mobil qurğusunda müvafiq formanın doldurulması yolu ilə;

c. ödənişin yerinə yetirilməsi üçün sərəncamın təsdiqi İstifadəçi tərəfindən identifikasiya məlumatlarının daxil edilməsi yolu ilə yerinə yetirilir. Düzgün identifikasiya məlumatlarının daxil edilməsi verilmiş sərəncamın birmənalı və mübahisəsiz təsdiqi qismində çıxış edir.

İdentifikasiya məlumatlarının istifadəsi elektron sənədin və şəxsin şəxsiyyət vəsiqəsinin, onu imzalayanın həqiqiliyinin yoxlanmasını təmin edir. Avtorizasiya və Servisdən istifadə məqsədilə İstifadəçiyə verilən İdentifikasiya məlumatlarının elektron ismarıclarda istifadəsi, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq şəxsi imzanın istifadəsinə anoloji olan hüquqi nəticələrə səbəb olur. İstifadəçi tərəfindən daxil edilən identifikasiya məlumatlarının düzgünlüyü və İstifadəçinin hesab balansı yoxlandıqdan sonra İstifadəçinin identifikasiyasının tətbiq edilməmə faktı ilə əlaqədar olaraq məhdudiyyət olmadıqda Servis operatoru İstifadəçiyə icraya qəbul və ya yoxlamanın nəticəsindən asılı olaraq müvafiq sərəncamın icrasından imtina barədə xəbərdarlıq edir.

4.2.1. Servis operatoru tərəfindən ödəniş edilməsi barədə İstifadəçi sərəncamının yerinə yetirilməsi Servis operatoru Razılaşmasında müəyyən edilmiş qaydada və şərtlərlə pul kisəsi Balansının istifadə edilməsi ilə həyata keçirilir ki, bunun da qəbulu İstifadəçi tərəfindən sərəncamın verilməsi və pul vəsaitlərinin Servis Operatorunun hesabına daxil edilməsi ilə yerinə yetirilir.

Ödənişin həyata keçirilməsi haqqında İstifadəçi sərəncamının icrası üzrə Servis operatoru xidmətlərinin dəyəri servis operatoru tarifləri ilə müəyyən edilir. İstifadəçinin hər bir konkret sərəncamının icrası üzrə xidmətlərin dəyəri Ödənişin yerinə yetirilməsi haqqında müvafiq sərəncam tərtib edilməsi zamanı İstifadəçinin diqqətinə çatdırılır. Servis operatoru xidmətlərinin dəyəri ilə habelə servisin WEB-saytında tanış olmaq olar.

4.2.2. İstifadəçinin bütün həyata keçirilmiş əməliyyatları (ödənişləri) barədə məlumatlar Servis operatoru tərəfindən saytın “Son əməliyyatlar” bölməsində və servisin mobil aplikasiyasında yerləşdirillir. İstifadəçi “son əməliyyatlar” bölməsindəki məlumatı gün ərzində 1 (bir) dəfədən az olmayaraq yoxlamalıdır. İstifadəçinin “son əməliyyatlar” bölməsindəki və servisin mobil aplikasiyasındakı əməliyyatların yerinə yetirilməsi barədəki məlumatı yoxlamadığı təqdirdə Servis operatoru İstifadəçinin əməliyyat barədə informasiya almamasına görə cavabdehlik daşımır. Əməliyyatın təsdiqi barədə SMS-ismarıcın göndərilməsi Servis operatorunun öhdəliyi deyil, hüququdur. İstifadəçi bu Razılaşmanın qəbul edilməsi ilə təsdiqləyir ki, “son əməliyyatlar” bölməsindəki və servisin mobil aplikasiyasındakı əməliyyatların yerinə yetirilməsi barədəki informasiyanın yerləşdirilməsi anından Servis operatoru istifadəçinin məlumatlandırılması üzrə öhdəliklərini lazımi şəkildə icra etmişdir.

4.3. İstifadəçi təsdiq edir ki, servis operatorunun İstifadəçi qarşısında ödənişin yerinə yetirilməsi barədə sərəncamın icrası üzrə öhdəlikləri bu müqavilənin 4.1.1. maddəsinə uyğun İstifadəçi tərəfindən təqdim olunmuş rekvizitlərə uyğun olaraq ödəniş alanın xeyrinə Servis operatorunun müxbir hesabından ödəniş həcmində pul vəsaitinin hesabdan çıxması anından tam həcmdə icra edilmiş hesab edilir.

4.4. Servis operatoru İstifadəçi ilə ödəniş alan arasında sazişin, onun şərtlərinin, sazişin bağlanma, icra və pozulma faktını və nəticələrini tənzimləmir və nəzarətdə saxlamır.

Servis operatoru İstifadəçinin Ödənişi alan ilə saziş üzrə öz öhdəliklərinin yerinə yetirməməsi (və ya lazımı qaydada yerinə yetirməsi) faktlarını nəzarətdə saxlamır və tənzimləmir.

4.5. İstifadəçi özü haqqında informasiyanı aşağıdakı üsullardan biri vasitəsilə təqdim edə bilər:

a. istifadəçi, Servis operatoru tərəfindən müvafiq hərəkətlərin yerinə yetirilməsi üçün vəkil edilmiş Agentin ofisinə (ödəniş qəbulu nöqtəsinə) şəxsən gəlmə yolu ilə; (bu prosedur «ExpressbankASC»-də artıq hesaba/hesablara malik olan müştərilərə şamil edilmir):

b. istifadəçinin Servis operatorunun ofisinə şəxsən gəlmə yolu ilə.

4.6. İstifadəçi və mobil rabitə operatoru arasında bağlanmış çevik rabitə xidmətinin göstərilməsi barədə Müqavilənin pozulması zamanı İstifadəçi tərəfindən Servisdə İstifadəçi hesabının qeydiyyatı zamanı göstərilmiş abonent nömrəsi ləğv edilir. İstifadəçi yuxarıda adı çəkilən ləğv edilmiş abonent nömrəsinin daxil olduğu identifikasiya məlumatları vasitəsilə Servisdən istifadəni dayandırmalı və bağlanmış Müqaviləni ləğv etməlidir. Servis operatorunda İstifadəçi və mobil rabitə operatoru arasında çevik rabitə xidmətinin təqdim edilməsi barədə müqavilənin pozulması haqqında kifayət qədər əsas olarsa, servis operatoru İstifadəçinin hesabına girişə bloklaşma həyata keçirə bilər. Hesaba giriş üçün bloklaşmanın ləğv edilməsi üçün İstifadəçi Servis operatoruna bu Müqavilənin 3.3.1 yarımbəndində göstərilmiş sənədləri təqdim etməlidir.

4.7. İstifadəçi tərəfindən Servis operatoruna yeni Abonent nömrəsi təqdim edilənədək və ya İstifadəçi tərəfindən bu Müqavilənin pozulmasına qədər Müqavilədə nəzərdə tutulmuş qaydada, Servis operatoru İstifadəçinin hesabına giriş üçün bloklaşdırmanı həyata keçirmək hüququna malikdir.

4.8. Servis operatoru İstifadəçinin pul kisəsi balansına səhvən köçürülmüş pul vəsaitini silmək hüququnu özündə saxlayır.

 

5. İstifadəçinin hüquq və öhdəlikləri

 

5.1. İstifadəçi bu müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə servisdən tam həcmdə istifadə etmək hüququna malikdir. Servis operatorunun bütün xidmətlərinin geniş təsviri daim servisin WEB-saytında öz əksini tapır.

5.2. İstifadəçi öz identifikasiya məlumatlarından şəxsi mülahizəsinə uyğun şəkildə istifadə etmək hüququna malikdir. Servisdən istifadə İstifadəçi üçün təkrar etmə, surətçıxarma, satma və hüquq vermə kimi öhdəlikləri məhdudlaşdırır, habelə o hər hansı kommersiya məqsədilə WEB-saytın və servisin mobil tətbiqetmələrinin hansısa elementini istifadə etməməlidir, habelə üçüncü şəxslərin WEB-sayt və servisin mobil tətbiqetmələrinin istifadəsi üçün Servisə girişinə icazə verməməlidir.

5.3. İstifadəçinin öz identifikasiya məlumatlarını üçüncü şəxsə ötürməsi zamanı, İstifadəçi həmin üçüncü şəxslərin Servisdən istifadə edərək etdikləri hərəkətlərə, habelə həmin üçüncü şəxs tərəfindən Servisə, Servis operatoruna və İstifadəçinin hesabına (pul kisəsi balansında olan vəsaitlərin hesabına ödənişlərin yerinə yetirilməsi də daxil olmaqla) vurulan ziyana görə tam məsuliyyət daşıyır.

5.4. İstifadəçi istənilən vaxt Servisdən istifadədən imtina etmək hüququna malikdir. İstifadəçi istənilən vaxt (+99412) 132 və ya (+99455) 5000132 nömrəsi ilə Servis operatorunun Məlumat mərkəzinə müraciət edərək servisdən istifadənin müvəqqəti bloklaşdırılmasını həyata keçirə bilər.

5.5. İstifadəçi öz identifikasiya məlumatlarını üçüncü şəxs üçün gizli yerdə saxlamalıdır.

5.5.1. İstifadəçi identifikasiya məlumatlarını itirən zaman gecikmədən Məlumat mərkəzinə zəng edərək bu barədə Servis operatorunu xəbərdar etməlidir.

5.5.2. İdentifikasiya məlumatlarının itirilməsi barədə məlumatın verilməməsi zamanı Servis operatoru İstifadəçinin hesabına dəymiş zərərə görə cavabdehlik daşımır.

Bundan başqa İstifadəçi onun identifikasiya məlumatlarından istifadə edilməklə Servisə və/və ya Servis operatoruna vurulmuş ziyana görə kompensasiya verməli olacaqdır.

5.6. İstifadəçi istənilən vaxt WEB-saytda və servisin mobil tətbiqetmələrində təqdim edilmiş İnformasiya paketini Servis Operatorunun təqdimi çərçivəsində interfeys vasitəsilə almaq hüququna malikdir. Bu informasiyaya İstifadəçi tərəfindən 1 (bir) təqvim ili müddətində Servisdən istifadə etməklə həyata keçirilən Ödənişlər haqqında məlumat daxildir.

Bu bənddə müəyyən edilmiş müddət xaricində Servisdən istifadə etməklə İstifadəçi tərəfindən həyata keçirilən Ödənişlər haqqında informasiyanın əldə edilməsi lazım olduqda İstifadəçi Servis operatoruna Servisdən istifadənin müvəqqəti dövrünü göstərməklə yazılı sorğu yönləndirməlidir. İstifadəçinin müvafiq sorğusunun daxil olduğu andan başlayaraq 10 (on) iş günü ərzində informasiya servis operatoru tərəfindən İstifadəçiyə təqdim olunur.

5.7. İstifadəçi xəbərdar edilir və öz razılığı ilə təsdiq edir ki, Servisdə bütün əməliyyatlar yalnız İstifadəçi tərəfindən düzgün identifikasiya məlumatlarının daxil edilməsi zamanı həyata keçirilir.

5.8. Bu razılığın şərtləri əsasında Müqavilənin bağlanması ilə İstifadəçi Servis operatoruna onun şəxsi məlumatlarını emal etməyə, xüsusilə də Servis operatoru ilə müqavilələrin bağlanması, bağlanmış müqavilələrin icrası, habelə cinayət yolu ilə alınmış pul vəsaitlərinin leqallaşması ilə mübarizə üzrə normativ aktların yerinə yetirilməsi məqsədilə müvafiq məlumatların yığımı, sistemləşdirməsi, saxlanılması, dəqiqləşdirilməsi (yeniləşdirilməsi, dəyişdirilməsi), istifadəsi, ötürməsi, bloklaşdırılması kimi hərəkətlərin yerinə yetirilməsinə razılıq verir. Göstərilən hərəkətlər avomatlaşdırma vasitələrinin istifadəsi ilə yerinə yetirilə bilər.

5.9. Bu razılığın şərtləri əsasında Müqavilə bağlanarkən İstifadəçi Servis operatorunun onun şəxsi məlumatlarının və Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş digər məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankı yanında maliyyə monitorinqi üzrə xidmətə, həmin informasiyanın tələb olunduğu təqdirdə təqdim edilməsinə razılıq verir.

5.10. İstifadəçi bu razılığın şərtləri ilə Müqavilə bağlayaraq Servis operatoruna səsli zənglərin yerinə yetirilməsi hüququ verir, habelə Servis operatorundan elektro-rabitə şəbəkələri üzrə ismarıcların, o cümlədən Ödənişin həyata keçirilməsi üçün İstifadəçi hesabının qeydiyyatı zamanı İstifadəçi tərəfindən rekvizit qismində göstərilən Abonent nömrəsinin və/və ya elektron poçt ünvanının (e-mail) alınmasına aşağıdakı məqsədlərlə razılıq verir:

a. servis istifadəsinin təhlükəsizlik səviyyəsini artırmaq, habelə Ödəniş alanın xeyrinə Ödənişin yerinə yetirilməsi zamanı;

b. servis operatoru tərəfindən təqdim olunan yeni məhsul, xidmət və servislər haqqında İstifadəçilərin məlumatlandırılması;

c. reklam və informasiya xarakterli, habelə üçüncü şəxslər tərəfindən təqdim olunan məhsul və xidmətlər barədə ismarıcların göndərilməsi;

d. istifadəçinin hesab balansı üzrə tələb edilmiş əməliyyatların yerinə yetirilməsinin təsdiqi haqqında informasiya sorğularının göndərilməsi;

 

6. Məxfilik və təhlükəsizlik

 

6.1. Tərəflər, mübadiləsi servisdə həyata keçən və ya Servisdən istifadə səbəbindən Tərəflərə məlum olan informasiya və sənədlərin təhlükəsizliyi və qorunması üzrə bütün lazımı tədbirləri görməlidirlər.

6.2. İstifadəçi məxfiliyin saxlanılması, icazəsiz istifadənin qarşısının alınması və öz identifikasiya məlumatlarına üçüncü şəxs tərəfindən icazəsiz daxil olmaması üzrə bütün lazımı tədbirləri müstəqil surətdə təmin etmək öhdəliyinə malikdir.

6.2.1. İstifadəçi öz identifikasiya məlumatlarını üçüncü şəxsə bildirməməlidir.

6.2.2. Öz identifikasiya məlumatlarını üçüncü şəxslər tərəfindən icazəsiz girişdən qorumaq və icazəsiz istifadənin qarşısının alınması məqsədilə İstifadəçi Servisə giriş üçün istifadə etdiyi texniki qurğuya müstəqil şəkildə antivirus proqramı yükləməli və onu vaxtlı-vaxtında yeniləməlidir.

İstifadəçi tərəfindən antivirus proqram təminatı istifadə edilmədiyi təqdirdə, lisenziyasız (qanunsuz şəkildə əldə edilmiş) antivirus proqramının istifadəsi və ya İstifadəçinin təhlükə siqnaturunu vaxtında yeniləməməsi İstifadəçinin identifikasiya məlumatlarına icazəsiz giriş əldə edilməsi ilə nəticələnir. Servis operatoru İstifadəçinin identifikasiya məlumatlarını istifadə etmək yolu ilə Servis operatoruna lazımı xəbərdarlıq gəlmə anına qədər (Bu müqavilənin 5.4.1. bəndi) İstifadəçi hesabına (İstifadəçinin hesab balansında olan vəsaitlər hesabına Ödənişlərin yerinə yetirilməsi də daxil olmaqla) vurulmuş ziyana görə cavabdehlik daşımır.

6.3. Servis operatoru İstifadəçinin şəxsi məlumatları ilə bağlı, habelə İstifadəçi tərəfindən servisdən istifadə ilə əlaqədar olaraq Servis operatoruna məlum olan İstifadəçi haqqında, aşağıdakı hallar istisna olmaqla digər informasiyanın məxfiliyinə riayət etməlidir:

a. bu cür informasiya hamıya açıqdır;
b. informasiya İstifadəçinin tələbi üzrə və ya onun razılığı ilə açıqlanır;

c. informasiya qanunvericiliklə nəzərdə tutulmuş əsaslar üzrə və ya şübhə doğuran sözləşmə üzrə və ya məhkəmə və ya səlahiyyətli dövlət orqanlarının müvafiq sorğularının daxil edilməsi zamanı açıqlanma tələb edir.

6.4. Tərəflər öz üzərinə aşağıdakı öhdəlikləri götürür:
a. servis vasitəsilə, qeyri-qanuni maliyyə əməliyyatlarını, qeyri-qanuni ticarəti, cinayət yolu ilə alınmış gəlirlərin leqallaşması üzrə əməliyyatların və Azərbaycan Respublikası qanunvericiliyinə zidd istənilən digər əməliyyatın həyata keçirilməməsi;
b. qeyri-qanuni ticarət, qeyri-qanuni maliyyə əməliyyatları, cinayət yolu ilə alınmış gəlirlərin leqallaşmasına (təmizlənməsinə) yönəlmiş əməliyyatlara cəhd göstərilməsinin qarşısının alınması.

6.5. Servis operatoru İstifadəçinin fəaliyyətinin qanuniliyində şübhələr yaranarsa Ödənişlərin yerinə yetirilməsindən imtina hüququna malikdir. Bu zaman Servis operatoru İstifadəçidən aşağıdakıları tələb etmək hüququna malikdir:

a. servisdən istifadə etməklə İstifadəçinin əməliyyatları barəsində əlavə informasiya təqdim etməsi (o cümlədən kağız daşıyıcıda olmaqla sənədlər əsasında);

b. istifadəçini identifikasiya edən məlumatları göstərən sənədlərin (onların notarial qaydada təsdiqlənmiş surətlərinin) təqdim edilməsi;

c. istifadəçi tərəfindən servisdə İstifadəçi hesabının qeydiyyatı zamanı göstərilən Abonent nömrəsindən istifadə hüququ verən mobil rabitə operatoru ilə bağlanmış çevik rabitə xidmətinin göstərilməsi barədə müqavilənin notarial qaydada təsdiqlənmiş surətinin təqdim edilməsi. Əgər, İstifadəçinin Servisdə hesabı qeydiyyatdan keçirdiyi Abonent nömrəsi korporativdirsə, belə İstifadəçi hüquqi şəxsdən/sahibkardan rabitə operatoru ilə çevik rabitə xidmətinin göstərilməsi və baxılan korporativ abonent nömrəsinin İstifadəçiyə verilməsi barədə müqavilənin mövcudluğunu sübut etməlidir. Servis operatoru bu bənddə göstərilmiş informasiya və sənədlərin alınması və qiymətləndirilməsi anına qədər İstifadəçinin hesabını açmaq hüququ yoxdur. İnformasiyanın qiymətləndirilməsi onun alındığı andan 5 iş günü ərzində həyata keçirilir. Servis operatoru bu razılığın şərtləri əsasında bağlanmış Müqaviləni, İstifadəçinin bu bənddə göstərilmiş sənədləri təqdim etmədiyi təqdirdə, habelə təqdim olunan sənədlərin və/və ya İstifadəçi əməliyyatlarının analizinin Servisdən istifadənin bu razılığın və/və ya mövcud qanunvericiliyin şərtlərinin pozulması ilə həyata keçirilməsinə güman yaranarsa birtərəfli şəkildə pozmaq hüququna malikdir.

6.6. İstifadəçi sistematik qazanc əldə edilməsinə və ya gəlirin gizlədilməsinə yönəldilmiş əməliyyatların yerinə yetirilməsi üçün servisdən istifadə etmək hüququna malik deyil. İstifadəçi müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş dini və xeyriyyə təşkilatları istisna olmaqla, Servisdən istənilən şəxsin siyasi və ictimai fəaliyyətinin, habelə qeyri-kommersiya və ictimai təşkilatların maliyyələşdirilməsi ilə əlaqədar istənilən əməliyyatın yerinə yetirilməsi üçün istifadə edə bilməz. Servis operatoru Servisdən istifadə edilərkən bu bəndin pozulması zamanı Servisdən istifadə üçün girişi bloklaşdırmaq və/və ya müqaviləni pozmaq hüququna malikdir.

6.7. Servis operatoru İstifadəçinin şəxsi məlumatlarının məxfiliyini qorumaq üçün daimi nəzarəti həyata keçirməyə borcludur. Servis operatoru sənədlərin rəsmiləşdirilməsi və verilməsi, İstifadəçi ilə hesablaşmanın irəli sürülməsi və ya həyata keçirilməsi ilə əlaqədar olmayan, İstifadəçini identifikasiya edən informasiyaları istifadə etməməli vəaçıqlamamalıdır. İnformasiyanın açıqlanmasına yalnız İstifadəçinin əvvəlcədən ondan bu informasiyanın alındığı anda və ya İstifadəçinin özünün razılığının olduğu hallarda yol verilir. Bu zaman servis operatoru digər şəxslərə İstifadəçi haqqında informasiyaya giriş üçün yalnız İstifadəçinin birbaşa onların məhsullarına, işlərinə və ya xidmətlərinə maraq ifadə etdiyi təqdirdə məlumat vermək hüququna malikdir.

6.8. Servis operatorunda İstifadəçinin identifikasiya məlumatlarından istifadə etməklə İstifadəçi hesabına üçüncü şəxslərin icazəsiz daxil olması barədə şübhələri yaranarsa və ya şifrənin qüvvədə olma müddəti bitərsə Servis operatoru İstifadəçini, Servisdə qeydiyyatdan keçən zaman onun göstərdiyi abonent nömrəsinə SMS-ismarıc vasitəsilə parolu dəyişdirməsi barədə xəbərdar edir.

6.9. Servis operatoru istənilən vaxt İstifadəçiyə heç bir əlavə xəbərdarlıq göndərmədən Servisdən istifadə üçün əlavə təhlükəsizlik tədbirləri işləyib hazırlamaq və tətbiq etmək hüququna malikdir. Belə əlavə təhlükəsizlik tədbirləri haqqında Servis Operatoru Servisin WEB-saytında xəbərdarlıq yerləşdirir.

6.10. Servis operatoru İstifadəçinin Hesab balansından Azərbaycan Respublikası qanunvericiliyində və bu Razılıqda müəyyən edilmiş hallarda pul vəsaitlərini silmək hüququna malikdir.

 

7. Servisdən istifadə üzrə lisenziya şərtləri

 

7.1. Servisin mülkiyyətçisi Servis Operatorudur. Razılığın bu bölməsinin müddəaları Servis operatorunun İstifadəçi ilə «ExpressPay Wallet» servisinin və mobil tətbiqetmələrin fəaliyyəti üçün lazım olan proqram təminatının istifadəsi barədə Lisenziya razılığının şərtləridir. İstifadəçi dedikdə Servis operatorunun nəzərdə tutduğu məqsədlər üçün olan proqramlardan istifadə edən şəxs nəzərdə tutulur.

7.2. Servis operatoru İstifadəçiyə bu razılıqda sadalanan öhdəliklərə riayət edilməsi şərtilə Servisdən istifadə məqsədi üçün İstifadəçiyə Proqramlardan pulsuz istifadə etmək hüququ verir.

7.3. Razılıq İstifadəçiyə, bu Razılıqda açıq-–aydın sadalanmış və ya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq İstifadəçiyə aid olan hüquqlar istisna olmaqla, Proqram üçün heç bir hüquq vermir. Servis operatorunun proqrama olan digər hüquqları Azərbaycan Respublikası qanunvericiliyi ilə və beynəlxalq müqavilələrlə, habelə münasibətləri tənzimləyən digər qanun və müqavilələrlə qorunur.

7.4. Razılıq İstifadəçi hesabının Servisdə qeydiyyat edildiyi andan etibarən qüvvəyə minir. İstifadəçinin servisdən istifadəyə başlaması onun Servisin bütün müddəaları ilə razı olduğunu bildirir.

7.5. Razılıq aşağıdakı hallarda qüvvəsini itirir: a. istifadəçinin təşəbbüsü ilə Servisdən istifadənin dayandırılması zamanı; b. istifadəçinin Razılıq şərtlərini pozması hallarında Servis operatorunun təşəbbüsü ilə

7.6. Proqramlar İstifadəçiyə heç bir zəmanətsiz təqdim olunur. Servis operatoru İstifadəçiyə və ya üçüncü şəxsə Proqramdan istifadə ilə əlaqədar olaraq Razılıq şərtlərinin pozulması nəticəsində dəyən zərər və itkiyə görə cavabdehlik daşımır.

7.7. İstifadəçi Proqramdan törəmə məhsulların yaradılması hüququna malik deyildir.

7.8. İstifadəçinin öz təşəbbüsü ilə Razılığın fəaliyyətini dayandırmaq niyyəti və ya İstifadəçinin servis operatorundan Razılığın dayandırılması barədə xəbərdarlığın alınması zamanı İstifadəçi bir gün ərzində Proqramın istifadəsini dayandırmalıdır.

7.9. Texnologiyanı aşkara çıxarmaq və Proqramın dekompilyasiyasını həyata keçirmək qadağan olunur.

Göstərilmiş qadağa İstifadəçinin təhlükəsizliyinin təmininə və Servisin fəaliyyətinin müntəzəmliyinə yönəlmişdir.

7.10. Yaranmış bütün texniki dəstək üzrə, İstifadəçi Servisin WEB-saytında geri əlaqə forması vasitəsilə müraciət edə bilər.

 

8. Mübahisələrin nizama salınması


8.1. Tərəflər arasında, onların Bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi zamanı yarana biləcək bütün mübahisələr qarşılıqlı danışıqlar vasitəsilə həll olunur. 8.2. Danışıqlar yolu ilə həll olunmayan istənilən mübahisə və anlaşılmazlıqlar, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunmalıdır.

 

9. Digər şərtlər

 

9.1. Bu razılığın şərtləri əsasında Servis operatoru və İstifadəçi arasında bağlanmış Müqavilə Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir.

9.1.1. Razılıqda edilmiş dəyişiklik və əlavələr Tərəflərin razılığı ilə Müqavilənin 9.1.1.1 – 9.1.1.3 bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

9.1.1.1. Servis operatoru İstifadəçini Razılığa edilmiş dəyişiklik və / və ya əlavələr barədə onların qüvvəyə minməsinə qədər 30 (otuz) təqvim günündən az olmayaraq, onların Servisin WEB-saytında yerləşdirilməsi yolu ilə məlumatlandırır.

9.1.1.2. Servis operatoru tərəfindən dəyişiklik/əlavələrin Razılığın 9.1.1.1. bəndinə uyğun olaraq yerləşdirildiyi 30 (otuz) təqvim günü ərzində İstifadəçi Servis operatorunun təklif etdiyi Müqaviləyə dəyişiklik/əlavələrlə razılaşmaq (qəbul etmək) və ya imtina etmək hüququna malikdir. Dəyişiklik / əlavələrlə razılaşmaq aşağıdakı üsullardan biri ilə ediləcəkdir:
- Razılığın yeni şərtlərinə uyğun ödəniş sərəncamının verilməsi;
- Servis operatoru tərəfindən təklif edilmiş dəyişiklik/əlavələrə İstifadəçi tərəfindən yazılı imtinanın təqdim edilməməsi İstifadəçinin razılığı kimi qəbul edilir.

9.1.1.3. Göstərilən müddət ərzində İstifadəçi Servis operatorunun təklif etdiyi Razılığa dəyişiklik/əlavələr üzrə əsaslandırılmış imtinanı, bankın WEB-saytında göstərilmiş kontaktlardan istifadə edərək göndərmək hüququna malikdir.

9.1.1.4. Servis operatorunun WEB-saytında Razılığın dəyişdirilmiş layihəsi yerləşdirildiyi andan etibarən 3 (üç) gün ərzində Tərəflərin razılığı ilə dəyişdirilmiş hesab edilir.

9.2. Servis operatoru Müqaviləyə İstifadəçi tərəfindən onun şərtlərinin pozulması və ya Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş digər əsaslarla xitam vermək hüququna malikdir. Servis operatoru tərəfindən Müqavilənin pozulması zamanı sonuncu İstifadəçini, onun tərəfindən göstərilmiş elektron poçt (e-mail) üzrə məktubla xəbərdar edir. Əgər Müqavilənin pozulması zamanı İstifadəçinin hesab balansı sıfırdan çoxdursa, İstifadəçi Servis operatoruna elektron poçt (e-mail) vasitəsilə sərəncam göndərməlidir, burada o, İstifadəçinin hesab balansını təşkil edən pul vəsaitinin köçürülməli olduğu, ona məxsus olan bank hesabını göstərməli, habelə İstifadəçinin hesab balansında olan pul vəsaitləri üzərindəki hüququnu təsdiq edən sənədlər əlavə edilməlidir. İstifadəçinin hesab balansını təşkil edən pul vəsaitinin özünə qaytarılması Servis operatoru tərəfindən, İstifadəçidən müvafiq məktubun alınmasından 10 (on) bank günü ərzində həyata keçirilir. Operator tərəfindən Müqavilənin pozulması zamanı pul vəsaitlərinin hesablanmasına görə qüvvədə olan Tariflərə müvafiq olaraq komissiya toplanır.

9.3. İstifadəçi zəmanət verir ki, Müqavilənin bütün şərtləri ona aydındır və İstifadəçi şərtlərini heç bir şərtsiz və tam həcmdə qəbul edir.

9.4. İstifadəçi zəmanət verir ki, Servisdən Bu Razılıqda və Servisin WEB-saytında göstərilmiş şərtlərdən başqa məqsədlə istifadə etməyəcəkdir.

9.5. Servisin və Servisin WEB-saytının istifadəsi zamanı İstifadəçinin yerinə yetirdiyi bütün hərəkətlər üçün vaxt Bakı vaxtı ilə müəyyən edilir.

9.6. Bu Razılığın şərtlərinə əsasən bağlanmış Müqavilənin dili qismində Azərbaycan dilini müəyyən edilmişdir. Bu Razılığın şərtlərinə uyğun olaraq bütün sənədlər Azərbaycan dilində tərtib edilməlidir.

9.7. Servis operatoru İstifadəçi tərəfindən bu Razılığın şərtlərinin pozulması zamanı fəaliyyətsizliyi, servis operatorunu sonradan öz maraqlarının müdafiəsini həyata keçirməkdən məhrum etmir, habelə gələcəkdə İstifadəçinin buna bənzər və ya eyni səhvləri etməsi zamanı servis operatorunu öz hüquqlarından imtina etməyə qoymur.

9.8. Müqavilə aşağıdakı hadisələrdən birinin baş verdiyi zaman avtomatik olaraq pozulmuş hesab edilir:

a. aktiv olmayan İstifadəçi statusu alan İstifadəçinin balansının sıfıra enməsi;

b. istifadəçi hesabı sıfır balansa malik olan İstifadəçiyə aktiv olmayan İstifadəçi statusunun verilməsi;